XƏBƏR LENTİ
21 İyun 2021
20 İyun 2021
18 İyun 2021



Dövlət komitəsi kreditlərlə bağlı MƏLUMAT YAYDI
İqtisadiyyat 19:50 / 22.03.2021

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2021-ci il fevral ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 14587,2 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən  Yenisəs.az-a verilən məlumata görə, ümumi kredit portfelinin 12021,6 milyon manatı və ya 82,4 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 97,4 faizi banklar, 2,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.


1841 oxunub

InvestAZ