XƏBƏR LENTİ
26 Yanvar 2022
25 Yanvar 2022
24 Yanvar 2022
23:49



İran şahının krala yazdığı məktub
Maraqli 10:17 / 22.03.2021

Xahiş edirəm, qardaşım, modernləşin. Ölkənizi dünyanın üzünə açın! Məktəblərinizdə qızlarla oğlanlar bir yerdə oxusun. Qadınlara icazə verin ki, mini yubka geyinsinlər. Diskotekalar açın. Müasir olun. Əks təqdirdə, taxtınızda qalacağınıza zəmanət verə bilmərəm.

Yenisəs.az   Musavat.com-a istinadən xəbər verir ki, bunu 1960-cı illərin sonlarında İran şahı Məhəmməd Rza Pəhləvi Səudiyyə kralı Feysələ məktubunda qeyd edib.

Buna cavab olaraq kral Feysəl şahənşaha belə bir cavab yazıb: "Əlahəzrət, məsləhətlərinizi qiymətləndirirəm. Xatırladım ki, siz Fransanın şahı deyilsiniz. Siz Yelisey Sarayında deyilsiniz. Siz əhalisinin yüzdə doxsanı müsəlman olan İranda hökm edirsiz. Xahiş edirəm ki, bunu unutmayın".

1979-cu il İran inqilabının rəhbəri Ayətullah Xomeyni "mini yubka”, "diskoteka” tərəfdarı, modernləşmə sevdalısı olan Məhəmməd Rza şahı devirdi. İran şəriət qanunlarına söykənən islam respublikasına çevrildi.

İranı şahının taxtında qalacağına şübhə etdiyi Səud sülaləsi isə hələ də iqtidardadır.


4187 oxunub

InvestAZ