XƏBƏR LENTİ
16 May 2022
15 May 2022
14 May 2022



BDU islamı təhqir edən müəllimi cəzalandırdı
Elm 14:28 / 16.01.2020

Bakı Dövlət Universitetində (BDU) imtahan prosesi zamanı tələbə ilə mübahisə edən müəllimə şiddətli töhmət verilib.

Bu barədə BDU-nun mətbuat xidmətindən Axar.az-ın soruğusuna cavab olaraq məlumat verilib.

Məlumatda universitetin Tarix kafedrasının müəllimi Rabil Süleymanlının 3-cü kurs tələbəsi Elnar Buludovla aralarında yaşanan gərginliyə görə işdən uzaqlaşdırılması haqda yayılan xəbəri təkzib edilib.

"Müəllim auditoriyadan uzaqlaşdırılıb və ona şiddətli töhmət verilib”, - məlumatda qeyd olunub

Qeyd edək ki, bundan əvvəl BDU-nun Coğrafiya fakültəsinin 3-cü kurs tələbəsi Elnar Buludov Feysbuk səhifəsində imtahan zamanı nəzarətçi ilə aralarında qalmaqal baş verdiyini yazmışdı. Tələbə fakültəninin Tarix kafedrasının müəllimi Rabil Süleymanlının imtahan zamanı islam dini və Qurani-Kərim haqqında təhqiramiz ifadələr işlətdiyini və onu "terrorçu” adlandırdığını qeyd etmişdi. E.Buludov həmçinin sözügedən müəllimin davranışına görə işindən uzaqlaşdırıldığını yazmışdı.


12780 oxunub

InvestAZ