XƏBƏR LENTİ
20 Oktyabr 2021
19 Oktyabr 2021



16 yaşlı oğlanı "tok" vurdu
MƏMLƏKƏT 20:35 / 21.02.2021

Bakının Xəzər rayonunda 16 yaşlı gənci elektrik cərəyanı vurub.

Bu barədə yenisəs.az-a Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda elektrik yarımstansiyasının ərazisindəkı transformatorda cərəyan vurması nəticəsində ölən 2005-ci il təvəllüdlü Muradov İsmayıl Misirxan oğlunun meyitinin götürülməsi üçün müraciət daxil olub. Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Təhlükəsiz əməliyyat şəraiti təmin olunduqdan sonra xilasedicilər İ.Muradovun meyitini elektrik naqillərindən ayırıb transformatordan aşağı düşürərək aidiyyəti üzrə təhvil veriblər.


9006 oxunub

InvestAZ