XƏBƏR LENTİ
28 Oktyabr 2021
27 Oktyabr 2021



Şəhid tankçının barelyefi açıldı
MƏMLƏKƏT 10:58 / 09.02.2021

Kürdəmirdə şəhid baş leytenant, tank komandiri Fərrux Baxış oğlu Hüseynovun evinin önündə barelyefinin açılışı olub.

Yenisəs.az  xəbər verir ki, açılış mərasimində torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda şəhid zabitin keçdiyi döyüş yolundan, erməni işğalçılarına qarşı döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışılıb.

Vurğulanıb ki, Fərrux Hüseynov Kürdəmirdə doğulub boya-başa çatıb. Vətən sevgisi gənc yaşlarından onu hərbçi olmağa, Silahlı Qüvvələrimizin sıralarında qulluq etməyə ruhlandırıb. Ötən il sentyabırın 27-də başlanan Vətən müharibəsində tankçı kimi döyüşlərə atılıb. Füzuli istiqamətində gedən döyüşlərdə iki dəfə yaralansa da, mübarizəsini davam etdirib. Noyabrın 9-da Xocavənd istiqamətində gedən ağır döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edib, özü isə qəhrəmancasına şəhid olub.

Şəhid zabitimiz ölümündən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən medallarla təltif edilib.


9023 oxunub

InvestAZ