XƏBƏR LENTİ
19 Oktyabr 2021
18 Oktyabr 2021
17 Oktyabr 2021



Daha bir küçədə xüsusi avtobus zolağı çəkildi
MƏMLƏKƏT 09:57 / 30.01.2021

Bakı Nəqliyyat Agentliyi paytaxtın daha bir küçəsində xüsusi avtobus zolağının təşkil edilməsini yekunlaşdırıb.

Qurumdan Yenisəs.az-a verilən məlumata görə, Rəşid Behbudov küçəsi boyunca avtobus zolağının tələbinə uyğun üfüqi nişanlanma xətləri çəkilib və zolağın qüvvədə olduğunu bildirən yol nişanı qoyulub.

"Sürücülərdən xahiş edirik ki, qeyd olunan küçədə xüsusi avtobus zolaqlarının və yol nişanının tələbinə əməl etsinlər.

R.Behbudov küçəsindən gün ərzində ümumilikdə 10 müntəzəm marşrut xətti üzrə 150-ə yaxın avtobus keçir. Zolağın tələbinə əməl etməklə gün ərzində orta hesabla 120.000-ə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan çatmasına şərait yaradılacaq.

Sosial məsuliyyət nümayiş etdirib avtobusların sərbəst hərəkətinə imkan yaradacağınıza ümid edir və buna görə əvvəlcədən təşəkkürümüzü bildiririk", - deyə qurum bəyan edib.


3987 oxunub

InvestAZ