XƏBƏR LENTİ
19 Oktyabr 2021
18 Oktyabr 2021
17 Oktyabr 2021



Şuşa və digər azad olunmuş ərazilərə avtobus reysləri açıla bilər - RƏSMİ
MƏMLƏKƏT 16:21 / 21.01.2021

İşğaldan azad edilmiş şəhər və rayonlara avtobus xətləri də açılacaq.

Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, artıq daşıyıcı şirkətlərin müəyyən edilməsi üçün müsabiqənin başlanması ilə bağlı əmr layihəsi hazırlanıb:

"İlkin mərhələdə avtobus reysləri açılacaq yerlər Horadiz, Suqovuşan, Talışkənd, Cəbrayıl və Zəngilan rayonudur. Şuşa şəhərini biz ikinci mərhələyə salmaq istəyirdik, ancaq oraya getmək istəyənlərin çoxluğunu nəzərə alaraq onu da birinci mərhələyə saldıq. Nəzərdə tutulur ki, Şuşaya Gəncədən, Beyləqandan və Yevlaxdan avtobus xətləri işləsin".


4209 oxunub

InvestAZ