XƏBƏR LENTİ
05 Avqust 2021
04 Avqust 2021



Nigar və Aygün şəhidlər üçün OXUDU - VİDEO
MƏDƏNİYYƏT 15:53 / 20.01.2021

"Eurovision 2011” qalibi Nigar Camal və Əməkdar artist Aygün Bəylər növbəti duetini təqdim edib.

Publika.azxəbər verir ki, sənətçilərin "Şəhidlər” adlı klipi Yutubda paylaşılıb. Musiqisi İsmayıl Əsədova, sözləri Zəminə Xınalıya məxsus mahnının video rolikində Vətən müharibəsinə və şəhidlərə aid kadrlardan istifadə olunub.

"Vətən müharibəsi zamanı hər kəs xalqa, vətənə faydalı olmağa çalışdı. Biz sənətçilər isə sənətimizlə dərdinizə şərik olmaq istədik. Əməkdar artist, sevimli sənətkar Aygün Bəylərlə növbəti duetimizi vətən üçün canından keçən igidlərimizə həsr etdik”, - deyə Nigar Camal bildirib.

Qeyd edək ki, mahnının videosu Rasif Əliyevə, aranjimanı Samir Sultanova, yayım hüququ isə "mikpro”ya məxsusdur.

Onu da bildirək ki, müğənnilər bundan öncə "Nəfəsim, qəlbim” adlı duet təqdim etmişdilər.




4150 oxunub

InvestAZ