XƏBƏR LENTİ
28 Oktyabr 2021
27 Oktyabr 2021
26 Oktyabr 2021



Hazırlıq kursları açılır...
MƏMLƏKƏT 09:14 / 19.01.2021

Yanvarın 25-dən etibarən hazırlıq kurslarının fəaliyyətinə də icazə veriləcək.

Yenisəs.az xəbər verir ki, bu barədə azirlər Kabinetinin mətbuat katibinin rəhbəri İbrahim Məmmədov məlumat verib. İ.Məmmədov deyib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminin yumşaldılmasına dair yanvarın 16-da qəbul etdiyi qərarda repetitor kurslarının fəaliyyətinə icazə verilməsi də nəzərdə tutulur. (Bu barədə həmin gün məlumat açıqlanmamışdı,-red.)

Qərara əsasən, fəaliyyət bərpa olunan iş və xidmət sahələrinin sırasında fərdi tədris və repetitor xidmətləri də var.

Repetitorların fəaliyyərinə böyük qruplar halında məşğələlər aparmamaqla icazə verilir. Belə ki, hazırlıq qruplarında maksimum 9 şagird məşğul ola bilər, bundan artıq şagirdin məşğələlərə cəlb olunması karantin rejiminin pozulması hesab ediləcək. (Virtualaz.org)


4145 oxunub

InvestAZ