XƏBƏR LENTİ
16 May 2022
15 May 2022
14 May 2022
13 May 2022



Məktəblərdə 9 gün dərs olmayacaq – Rəsmi
Elm 15:40 / 13.01.2020

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayır.

Yenises.az xəbər verir ki, qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək.

Beşgünlük tədris həftəsi tətbiq edilən məktəblər yanvarın 25-i və 26-sı şənbə bazara düşdüyü üçün onlar artıq yanvarın 24-dən sonra tətilə çıxacaqlar. Həmçinin fevralın 1-i şənbə gününə təsadüf etdiyi üçün bu tədris həftəsi üçün ikinci yarımil fevralın 3-dən başlayacaq.

Altıgünlük tədris həftəsində işləyən məktəblər isə qış tətilinə yanvarın 25-dən sonra çıxacaqlar və ikinci yarımilə fevralın 1-dən başlayacaqlar.


11769 oxunub

InvestAZ