XƏBƏR LENTİ
25 Oktyabr 2021
24 Oktyabr 2021
23 Oktyabr 2021



Qarabağda 19 min partlayıcı zərərsizləşdirilib
MƏMLƏKƏT 11:45 / 05.01.2021

Rusiyalı sülhməramlılar Dağlıq Qarabağda 19 minə yaxın partlayıcını zərərsizləşdirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Xankəndi şəhərinin ətrafının minalardan təmizlənməsi zamanı rusiyalı sülhməramlılar "Uran-6" müasir kompleksindən istifadə edirlər.

"23 noyabr 2020-ci il tarixindən etibarən əməliyyat zamanı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri 414,6 hektardan çox ərazini, 160 km-dən çox yol, 20-dən çox sosial əhəmiyyətli obyekt daxil olmaqla 617 yaşayış binasını partlamamış hərbi sursatlardan təmizləyib", - deyə Rusiya MN bəyan edib.

Qeyd olunub ki, aşkarlanan partlayıcılar xüsusi poliqonda məhv edilib. Evakuasiya edilə bilməyən sursatlar lazımi təhlükəsizlik tədbirləri görülməklə yerində zərərsizləşdirilir.
 


3879 oxunub

InvestAZ