XƏBƏR LENTİ
20 Oktyabr 2021
19 Oktyabr 2021



Avtobuslarda gediş haqqı artacaq?
MƏMLƏKƏT 09:57 / 05.01.2021

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sərnişindaşıma qiymətlərinin artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib.

Bu  açıqlamanı   agentliyin mətbuat katibi Mais Ağayev verib.

O bildirib ki, Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq BNA tərəfindən gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib:

"Bu məsələ hazırda gündəmdə də deyil. Hazırda sərnişindaşıma istiqaməti üzrə əsas diqqət vətəndaşlara göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılmasına, onların rahatlığının təmin edilməsinə yönəldilib”.(trend)


3429 oxunub

InvestAZ