XƏBƏR LENTİ
19 Oktyabr 2021
18 Oktyabr 2021
17 Oktyabr 2021



Bayrağımız 35 metr hündürlüyə qaldırıldı
MƏMLƏKƏT 15:04 / 25.12.2020

Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhədində yerləşən Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda 35 metr hündürlüyündə yeni bayraq dirəyi quraşdırılıb və dekabrın 24-də üçrəngli bayrağımız ucaldılıb.

Dövlət Gömrük Komitəsindən (DGK)  verilən məlumata görə, Dövlət Bayrağı postda xidmət edən DGK və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının iştirakı ilə keçirilən rəsmi mərasimlə havaya qaldırılaraq dalğalandırılıb və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Eyni zamanda, "Biləsuvar” gömrük postu ərazisində dövlətimizin atributlarının əks olunduğu məlumat lövhəsi də yenilənib.(axar.az)


4116 oxunub

InvestAZ