XƏBƏR LENTİ
27 İyun 2022
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022



Tərtərdə erməni təcavüzündən zərər dəymiş obyektə baxış keçirilib
MƏMLƏKƏT 17:23 / 16.12.2020

Ermənistan silahlı qüvvələrinin dinc sakinlərin olduğu yaşayış məntəqələrini atəşə tutması nəticəsində Tərtər rayonuna dəymiş ziyanın müəyyənləşdirilməsi prosesi davam edir.

Bu barədə Trend-ə açıqlamasında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki əhaliyə dəyən ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı yaradılmış Dövlət Komissiyasının üzvü Qubad Heydərov deyib.

O bildirib ki, komissiya üzvləri artıq rayon ərazisində 3019 obyektə baxış keçirilib: "Həmin obyektlərdən 70 yaşayış evi, 4 sahibkarlıq obyekti, 1 orta məktəb tam dağılıb, 2944 ev və obyektə isə ziyan dəyib. Bununla yanaşı, ermən təxribatı nəticəsində 44 avtomobilə ziyan dəyib, 82 heyvan tələf olub. Bu günə qədər Tərtər rayonunun 14 kənd, 1 qəsəbə, və şəhərə baxış keçirilib.


8298 oxunub

InvestAZ