Həkimlərin ölmüş saydığı qadın öz dəfn mərasimində ayılıb.
Bu barədə "The Hindu”xəbər yayıb.
Bildirilir ki, hadisə Hindistanın Karnataka ştatında baş verib.
Qohumları onu basdırmaq üçün kəndə aparıblar. Dəfn mərasimi zamanı isə qohumları və ailə üzvlərinin gözü qarşısında qadın ayılıb və ayağa qalxıb.
Mərasimdə iştirak edənlərdən bəziləri qadının komada olduğu ehtimalını versə də, əksəriyyət bunu möcüzə adlandırıb və başqa izahı qəbul etməyib.