Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo üçün Andorra ilə keçirilən yoldaşlıq matçı (7:0) əlamətdar olub.
Bu görüşlə 35 yaşlı hücumçu yığmanın heyətində 100-cu qələbəsini qazanıb.
Ronaldo bu nailiyyətini öz İnstaqram hesabında belə şərh edib: "Milli komadanın heyətində daha bir tarixi uğura nail olduğum üçün şadam”.
Bundan əlavə, oyunçu Avropada yığma ilə 100 qələbə səddinə çatan 4-cü futbolçu olub. İlk "3-lük”də İspaniya millisinin oyunçularından Serxio Ramos (129), İker Kasilyas (121) və Xavi (100) yer alıb.
Qeyd edək ki, Ronaldonun Portuqaliya yığması ilə çıxdığı 168 oyunun 100-ü qələbə 42-si məğlubiyyət, 26-sı isə heç-heçə ilə başa çatıb. Futbolçu millidə ümumilikdə 102 qol vurub və 40 qolun ötürməsini verib.