XƏBƏR LENTİ
08 Dekabr 2021
07 Dekabr 2021
06 Dekabr 2021



Düşmən Daşkəsəni atəşə tutdu: Meşəlik ərazidə yanğın
MƏMLƏKƏT 10:29 / 03.11.2020

Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından Daşkəsən rayonunun ərazisini atəşə tutması nəticəsində meşəlik ərazidə yanğın olub.

Report-un məlumatına görə, yanğın beşhektardan çox ərazini əhatə edib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Dağlıq ərazidə olan meşədə baş vermiş yanğın bir neçə saatdan sonra söndürülüb.

Xatırladaq ki, düşmən bir neçə gün öncə də Daşkəsəni ağır artilleriya atəşinə tutması nəticəsində Zivlən kəndindəki meşəlik ərazisindəyanğın olub.


5186 oxunub

InvestAZ