XƏBƏR LENTİ
08 Dekabr 2021
07 Dekabr 2021
06 Dekabr 2021



DOST TƏBRİKİ - Əbülfət Mədətoğlu yazır
MƏMLƏKƏT 13:42 / 02.11.2020

Bu gün (red.dünən) Zəngilan həsrətinə son qoyulmuş, ürəyinin çırpıntısı artıq axarına düşən, jurnalistikamızın önəmli simalarından biri, hamımızın əzizi Qulu Məhərrəmli ömrünün 66-cı payızının əlini sıxır. Bəlkə də, kimlər üçünsə bu adi rəqəmdir, amma yaşadığın hər anı təkcə özün üçün yox, həm də xalqına, onun sözünə, mediasına həsr etmək baxımından bu çox önəmli bir tarixdir. Bu tarixi onu sevənlərə, tələbələrinə, dostlarına, izləyicilərinə və ailəsinə yaşadan Əməkdar jurnalist, professor Qulu Məhərrəmlidir. Xidmətləri və şəxsiyyəti hamımıza bəlli olan Qulu müəllimin Zəngilanın qayıdışı zamanına düşən 66-cı payızını ürəkdən təbrik edir, arzulayırıq ki, payızın barı-bərəkəti özünəməxsus özəllikləri, həm də gözəllikləri Qulu müəllimin ömrünü bəzəsin. Doğum gününüz, mübarək Qulu Məhərrəmli.

Hörmətlə, Qulu müəllimi sevən dostları, tələbələri, eləcə də bu sırada özünü görən Əbülfət Mədətoğlu


5365 oxunub

InvestAZ