XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



Prokurorluq: Zəngilanda bayrağımızın sancıldığı bina...
MƏMLƏKƏT 09:43 / 23.10.2020

Oktyabrın 20-də kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad edərək Azərbaycan bayrağını Zəngilanda qaldıran hərbçilərimizin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə videomüraciəti yayımlanıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən  Yenisəs.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən olunub ki, önündə müqəddəs bayrağımızın dalğalandırıldığı inzibati bina Zəngilan Rayon Prokurorluğunun inzibati binası kimi 1991-ci ildə tikilərək istifadəyə verilib.

"Həmin binada fəaliyyət göstərmiş prokurorluq əməkdaşları, o cümlədən veteranlar fərəh və sevinc hissi ilə binanın Zəngilan Rayon Prokurorluğunun inzibati binası olduğunu təsdiq ediblər. Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları bütün torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad olunacağına inanır, işğaldan azad olunmuş şəhər və rayonlarımızda fəaliyyətlərini davam etdirəcəkləri günü səbirsizliklə gözləyirlər. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”, - deyə məlumatda bildirilib.


5421 oxunub

InvestAZ