Ələsgər Əlioğlu : - YOVŞAN ƏTRİ

Ədəbiyyat 19:49 / 14.10.2024 Baxış sayı: 2443

 

Hər səhər çıxıb gəzirəm

Evimizin arxasındakı irəməlikdə.

Məni asta-asta yürgələyir,

Buradakı hər dərə də, hər dik də...

Bir qonşum var-

Ürcahıma çıxanda

Salamsız-kəlamsız

Ağzının yüyənini boşlayır.

Sonra qınağa başlayır, nə başlayır:

Deyir bu boz irəməlikdə

nə tapmısan,

Heç bir yorulmursan,

Heç bir bezmirsən?

Sənin tayların,

At oynadır Parisdə,

Dubayda...

Sənsə özünü kömürə döndərirsən,

Bu qora bişirən istidə...

Bu qara-qançır yayda...

Axır dilə gəlirəm,

Düz deyirsən, qonşu,

Çox istəyirəm xətrini...

Ancaq incimə,

Yetmiş yaşın belini qırsan da,

Hələ də duymursan ,

Nə yurd-yuva sevgisini,

Nə də yovşan ətrini!..

2024