Aləmzər Sadiqqızı : - Bir Aləm adında mələyi ölsün...

Ədəbiyyat 19:13 / 03.07.2025 Baxış sayı: 1135

 

Mən səni görəndə quruyar dilim.

Əllərim titrəyər, ürəyim əsər.

Yol olmaz geriyə qayıdım deyə,

Göz yaşım danışar sözümü kəsər.

 

Mən saçı ağaran uşaq kimiyəm.

Bir az böyüt məni, bir az öy məni.

Elə bir nağıl yaz dünyama mənim,

bir az yer tanısın,bir az göy məni...

 

Sən də bir mələksən göydən gəlmisən,

Gəl qarış ruhuma həsrətim gülsün.

Şeytanı mələkdən bu bol dünyanın,

Bir Aləm adında mələyi ölsün...