Zəfər Məscidi

Maraqli 08:26 / 10.10.2025 Baxış sayı: 3060
(Bibiheybət adı səfəvi uydurmasıdır.)Məscid XIII əsrdə, Şirvanşah II Fərruxzad ibn Axsitan (Aksartan)tərəfindən memar Mahmud Səd oğlu layihəsi ilə tikilmişdir.

1281-1282 illərində tikintisi tamamlanması portal kitabəsində qeyd edilmişdir.

Bibibheybət piri adlanan məsciddə Həkimə deyil, Şirvanşah birinci Axsitanın (Aksartan) xanımı İsmətəddin xatun dəfn edilib.“Həkimə xanım”ın kimliyi və statusu, bu şəxsin İmamların nəvəsi olması və ziyarətgah olaraq adlandırılması, adının “Həkimə xanım” və ya “Bibiheybət (naməlum Heybətin bibisi) kimi xalq arasında formalaşması elmi tarix mənbələrində yoxdur.

Diplomat, mədrəsə müəllimi İsmətəddin Xatun.........

İsmətəddin Xatun Şirvanşahlar Dövlətinin XXI hökmdarı 1-ci Aksartanın (Axsitan1160 – 1196) xatunu olmuşdur.Xatun göytürklərdə qəbul olunmuş türk hökmdarlarının arvadlarına verilən tituldur.

Şirvanşahların Rus işğalçı donanması üzərində qələbəsi münasibətilə Şirvanşah Aksartan Xaqan-i Əkbər Bakının bayıl hissəsində "ZƏFƏR" məscidi inşa etdirir.Şamaxı zəlzələsində vəfat edən ailə üzvləri məscid ərazisində dəfn edilir.Bü gün İmam Rzanın bacısı olaraq Heybətin bibisi və ya Həkimə xanım kimi təqdim edilən qəbirdə əslində Şirvanşahın arvadı tanımış diplomat, mədrəsə müəllimi İsmətəddin Xatun dəfn edilib.Səfəvilərin Bakını işğal etməsindən sonra isə bu məscid Bibiheybət adlandırılmağa başladıldı.

Şirvan donanması dəniz savaşında 73 düşmən gəmisini tamamilə məhv etdi. Şimladan ruslar Dərbənd istiqamətində quru hücumları təşkil etdilər.Daxildə üsyanlar çıxarıldı.Aksartan yerli türk və türkmanların dəstəyi ilə üsyanı yatırtdı.Beləlikə düşmənin üzərində həm quruda, həm dənizdə hərbi strateji əhəmiyyət kəsb edən qələbə çalındı

Mənbə:

ŞİRYANŞAHLAR DÖVLƏTİNDƏ HƏRBİ DƏNİZ KƏŞFİYYATl VƏ RABİTƏNİN HÜQUQİ ƏSASLARI (IX-Xlll ƏSRİ-in əvvəlləri) Samir MƏMMƏDOV, tarix iizrə fəlsəfə doktoru[38, s. 165-180]