Xəyalə Sevil - Üşüyər, üşüdər pəncərəmi də...
Üşüyər, üşüdər pəncərəmi də,
Gəlməz içəriyə, yadındı payız.
Sarı saçlarını töküb çiyninə,
İlahi, nə gözəl qadındı payız.
Həmişə gözündə yaş saxlayanım,
Sənə oxşayıram, gözüm bir əsim.
Səslə, bircə dəfə buludun olum,
Mənə göylərində yer ver, tələsim.
Üzünu, gözünü yuyum yolların,
Üstünün, başının tozunu alım.
Geriyə qaytara bilmədim onu,
Barı ayağının izini alım.