XƏBƏRDARLIQ :- Güclü külək əsəcək, yağış yağacaq

MƏMLƏKƏT, Gündəm 16:07 / 04.10.2022 Baxış sayı: 1452

Bakıda və Abşeron yarımadasında oktyabrın 5-dən 6-na keçən gecədən başlayaraq 7-si axşamadək şimal-qərb küləyi 15-20 m/s, arabir 22-27 m/s olacaq.

Yenises.az  bildirir  ki, məlumat  Milli Hidrometeorologiya Xidmətindən verilib.

Azərbaycanın rayonlarında oktyabrın 6-da şərq rayonlarında, 7-8-də isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Oktyabrın 5-i axşamdan 7-si gündüzədək qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s olacaq.