Xatirə Rəhimbəyli - Bulud,bulud,bulud...

Ədəbiyyat 16:28 / 14.10.2025 Baxış sayı: 1461

Hayqırıb tökdün içini,

Bulud,bulud,bulud,

bulud...

Elə bil haylayırdın ki,

Unut,unut,unut,unut!

 

Mən nə yağışlar görmüşəm,

Atgetməz işlər görmüşəm.

Saxta gülüşlər görmüşəm...

Sübut,sübut,sübut,sübut...

 

Çarxa dolana-dolana,

Gəlibdi insanlıq cana.

Haqqı Haqqı unudana

Tanıt,tanıt,tanıt,tanıt.

 

Kimlər kimə qəhr eylədi,

Ömrün-günün zəhr eylədi

Ruhum səndə zühr eylədi,

Umud,umud,umud,umud.