"Xankəndini qaytarmaq da an məsələsidir" - Tehran Mənsimov

Gündəm, MÜSAHİBƏ 08:49 / 28.09.2022 Baxış sayı: 2381

"Xankəndini qaytarmaq da an məsələsidir". 

 Bunu Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Şuşanın azadlığı uğrunda aparılmış döyüşlərin fəal iştirakçısı Tehran Mənsimov 27 sentyabr Anım günü münasibətiylə İTV-nin efirində yayımlanan “Görünməyən qəhrəmanlar” sənədli filmində Şuşa döyüşlərindən danışarkən bildirib.

Polkovnik onu da vurğulayıb ki, Xankəndini qaytarmaq da an məsələsidir. Sadəcə olaraq, Ali baş komandanın gözəl bir ifadəsi var "Mən özüm bilirəm nə vaxt, nəyi necə edəcəyimi". 

"Cənab Ali baş komandan deyirsə onu da edəcək. Onun da ifadə etdiyi kimi Qarabağ Azərbaycandır! "-deyə Tehran Mənsimov bildirib. (unikal)