Xanım İsmayılqızı : - Bircə sən yoxsan yanımda.

Ədəbiyyat 23:10 / 24.11.2022 Baxış sayı: 1438

Göylər həzin nəğmə çalır,

Yenə həsrət var canımda.

Bulud Aya meyl salır,

Bircə sən yoxsan yanımda

 

Külək yenə oyun qurur

ən kədərli bir anımda.

Yağış yenə yağıb durur,

Bircə sən yoxsan yanımda.

 

Hər tərəfdə göz izlərin,

Səsin qalıb otağımda.

Yadımdadı o sözlərin -

...Bircə sən yoxsan yanımda...

 

Yuxularım qeyb olubdu,

Buza dönüb yatağım da.

Gözlərimə qor dolubdu,

Bircə sən yoxsan yanımda.

 

Gözlərinin rəngi qalıb

yanağımda, dodağımda.

Ürəyimdə yuva salıb,

Bircə sən yoxsan yanımda