Vasif   Süleyman : - EŞQ OL, DƏRGAHINA SƏCDƏYƏ GƏLİM

Ədəbiyyat 13:58 / 22.09.2022 Baxış sayı: 2094

 

Bu ömrün əzəldən taxtı-tacı yox,

Mən qulluq eyləyəm, sən şahlıq eylə.

Daha xoş günlərə ehtiyacı yox,

Barı, yaman günü halallıq eylə.

 

Qurtardı bəxt ilə eşqin davası,

Dağılıb yurd yeri, uçub yuvası.

Bu dəli könlümün itib havası,

Kimi səsləyim ki, havalıq eylə…

 

Yenə sənə tərəf uzandı əlim,

Sən niyə getmişdin, mən niyə gəlim…

Eşq ol, dərgahına səcdəyə gəlim,

Bu qərib taleyə Allahlıq eylə.