UŞAQ QƏLBİNİ SEVİNDİRMƏYƏ TƏLƏSİN!

Gündəm 09:20 / 02.01.2023 Baxış sayı: 2675

UŞAQ QƏLBİNİ SEVİNDİRMƏYƏ TƏLƏSİN!

 

Əziz dostlar, əgər xeyirxah bir əməl etmək istəyirsinizsə, bu elanı diqqətlə oxuyun.

Gəlin Novruz bayramını onlarla birlikdə qeyd edək.

Biz Mesenat Xeyriyyə Cəmiyyəti olaraq mart ayında şəhid və qazi övladları, əlil və aztəminatlı ailələrin övladları  üçün tədbir keçirmək istəyirik. Ürəyimizin səsinə qulaq asaraq yüzlərlə uşağı Novruz işığında bir yerə toplayaraq bir günlük də olsa, onların üzündə təbəssüm yaratmaq niyyətindəyik.

Bu səvab və xeyirxah işi isə sizlərin maddi və mənəvi dəstəyi olmadan etməyimiz bu gün təbii ki, çox çətindir. Ona görə də Sizə üz tuturuq! Sizin ürəyinizə, sizin saf niyyətinizə güvənərək bu addımı atarkən inanırıq ki, sizin dəstəyinizlə yüzlərlə uşağın qəlbini sevincdirəcəyik! Bu sevincdə Sizin də payınız olması üçün bizə dəstək olun! İanənizi əsirgəməyin.

 

Hesabımız:

4098 5844 6489 7345 (Leo bank)

 

Əlaqə (Whatsapp):

(055) 309 72 42

(055) 530 51 50

Qeyd: Zəhmət olmasa, azyaşlı övladı olan şəhid ailələri bizimlə əlaqə saxlasın.