Türkiyə qırıcıları Azərbaycana gəlir - Video

SİYASƏT 05:57 / 06.12.2022 Baxış sayı: 1275

 

Azərbaycan ərazisində keçirilən hərbi təlimə Türkiyədən F-16 qırıcıları da göndərilib.

Yenises.az  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.