TƏBİB əməkdaşları qripə qarşı vaksinasiya olundu

Sağlamlıq 13:18 / 26.01.2023 Baxış sayı: 1250

Bu gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) əməkdaşlar üçün vaksinasiya aparılıb.

Yenises.az xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcraçı direktorun müavini Araz Nəsirov, struktur bölmə rəhbərləri və əməkdaşlar qripə qarşı vaksin olunublar. İnfluenza el arasında qrip olaraq tanınan xəstəlikdir. Xəstəlik özünü qızdırma, burun axması, baş və boğaz ağrıları, yorğunluq, quru öskürək kimi simptomlarla biruzə verir ve adətən simptomatik müalicə olunur.

İnfluenza virusuna qarşı effektivliyi sübuta yetirilmiş vaksinlər mövcuddur və ildə bir dəfə peyvənd olmaqla yüksək risk qrupuna daxil olan şəxslərdə ağırlaşma və ölüm hallarının qarşısını almaq mümkündür. Hazırda TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində influenza virusuna (qrip) qarşı vaksinasiya aparılır. Səhiyyə Nazirliyi tərəfindən alınan vaksinlər Niderland istehsalıdır.