Tarixə  düşən sərvət  sahibi

Maraqli 11:18 / 02.10.2025 Baxış sayı: 2713

Amerikalı sahibkar İlon Mask  500 milyard dollar sərvəti olan ilk insan kimi tarixə düşüb. 

Yenises.az xəbər verir ki, bu  barədə "Forbes" jurnalı məlumat dərc edib.

Məlumata görə, Maskın sərvəti 499,5 milyard dollar qiymətləndirilib. Son saatlarda "Tesla" səhmlərinin təxminən 4% artarması Maskın xalis sərvətini 9,3 milyard dollar artırıb. Bununla da o, 500 milyard xalis sərvəti keçən ilk insan olub.