Tahir Rzayev , millət vəkili - "Bəzən haqsız tələblər olur..."
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) korrupsiya və vəzifə cinayətləri ilə mübarizə istiqamətində apardığı əməliyyatlar davam edir. Bu dəfə hədəfdə Balakən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmiş İslam Rzayev olub. İslam Rzayevin həbsi ilə icra başçılarından dəmir barmaqlıqlar arxasına düşənlərin sayı 7-ə yüksəlib.
Yenises.az bildirir ki, bu mövzu ilə bağlı Modern.az millət vəkilləri arasında sorğu keçirərək, təmsil etdikləri rayonun icra başçısından şikayətlərin olub-olmadığına aydınlıq gətirmələrini istəyib.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Ağcabədini təmsil edən millət vəkili Tahir Rzayev bildirib ki, təmsil etdiyi rayonun icra başçısı insanlara qarşı mehriban və səmimidir:
“İcra başçımız mədəni insandır, onun zəngin təcrübəsi var. Rayonun xeyir-şər məclislərində yaxından iştirak edir, şəhid ailələri, əlillər, imkansızlarla görüşlər keçirir. Münasibətlərimiz qarşılıqlıdır və bu əlbəttə ki, rayonun inkişafı, adamların rifahı üçündür. Müntəzəm olaraq görüşür, rayon əhəmiyyətli tədbirlərdə iştirak edir, şəhid ailələrinin yanında oluruq. Müəyyən tədbirlərin keçirilməsində fikir alış-verişində oluruq. İnsanlar əsasən ondan razıdırlar”.
Komitə sədri vurğulayıb ki, elə rayon başçısı yoxdur ki, ondan müəyyən şikayətlər olmasın:
“Bunun müxtəlif səbəbləri var. Bəzən insanlar icra başçısının səlahiyyətinə aid olmayan məsələlərə münasibət bildirir, onun həllini tələb edirlər. Bu, mümkün Bəzi köklü problemlər olur ki, başçının imkanları xaricindədir. Məhz bu səbəbdən belə şiolan hal deyil. Bəzən haqsız tələblər olur, bunu icra başçısı həll edə bilməz.kayətlər olasıdır. Əsas məsələ dövlətə, xalqa sədaqətli olmaq, vəzifə səlahiyyətlərini, verilən tapşırıqların icrasıdır. Elə bilirəm ki, Ağcabədi rayonunun icra başçısı Rafil Hüseynov bu məsələlərin öhdəsindən gəlir. Sözsüz ki, hər birimiz vətəndaş kimi mövqeyimizdən, vəzifəmizdən asılı olmayaraq, bu xalqın, dövlətin taleyi üçün çalışmalıyıq. Əsas vəzifəmiz bunlardır - sədaqət, inam, məsuliyyət və insanlara qayğı”.