Suriyadan Türkiyəyə keçmək istəyən terrorçular saxlanıldı

DÜNYA 19:55 / 03.12.2022 Baxış sayı: 1888

Suriyadan Türkiyəyə, oradan isə Yunanıstana keçmək istəyən terrorçular saxlanılıb.

Yenises.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Suriyadan ölkəmizə, ölkəmizdən isə Yunanıstana qeyri-qanuni yollarla keçməyə cəhd edən, 9-u FETÖ, 2-si PKK/KCK, 1-i DEAŞ üzvü olmaqla 12 nəfər tutulub", - deyə məlumatda qeyd olunub.