Şövkət ,Zərin Horovlu - Kövrək xatirələr

Ədəbiyyat 17:13 / 06.12.2025 Baxış sayı: 461

 

Yenə də könlümdən keçdi o çağlar,

O yaşıl ətəkli gəzdiyim dağlar.

Doğma həyətimiz bağçalı -bağlı,

Kövrək uşaqlığım , şirin xəyallı.

Ürkək bənövşələr , telli süsənlər

,Yüz simdə oxuyan gur şəlalələr.

Analı,nənəli nağıllı dünyam.

Laylalı beşiyim,ay evim, odam.

Ulduzlu axşamlar,nurlu səhərlər ,

Yemlikli,qanqalı yaşıl xəmilər

Çəkilib getməyin gözdən amandı,

Xatirə üstünü alıb dumandı.

Ay yeddi kəhrizim,hüsnü tamaşa,

Uşaqlığım keçib sizinlə qoşa.

Sizdədır gəncliyin ərki, ədası,

Sizdədir könlümün o ilk sevdası.

Gül-çiçək leysanlı yaşıl günlərim.

Ürkək baxışlarım,şux gülüşlərim.

Dağlara sığınan ay doğma kəndim,

Havan da ,suyun da mənimdir , mənim.

Çəkilib getməyin,gözfən amandır,

Xatirə üstümü alıb dumandır.

Bir dünya bildiyim məktəb yolları,

Yaddan çıxarmatyın siz məni barı.

Uzaqlaşıb getmə anamın səsi,

Artar ürəyimin qəmi,qüssəsi.

Bilmədim qarşıda ayrılıq varmış,

Baxta külək əsər , qar da yağarmış.

Saçlarıma çöküb ayrılıq çəni

Siz dönük bolməyin bir elə məni.

Çəkilib getmıyin gözdən amandı,

Xatirə üstümu alıb dumandı.