Son sutkada neçə nəfər koronavirusa yoluxub?

Sağlamlıq 20:54 / 27.09.2022 Baxış sayı: 1102

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 140 yeni yoluxma faktı qeydə alınıb, 260 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenises.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 820 998 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 809 933 nəfər müalicə olunaraq sağalıb, 9 907 nəfər vəfat edib, aktiv xəstə sayı 1 158 nəfərdir.

Ölkədə son sutka ərzində 3 320, hazırkı dövrədək isə 7 242 057 test aparılıb