Son sutkada koronaya yoluxanların sayı - STATİSTİKA

Sağlamlıq 16:34 / 29.01.2023 Baxış sayı: 1408

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 23 yeni yoluxma faktı qeydə alınıb, 28 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan    Yenises. az-a verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 827 903 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 590 nəfər müalicə olunaraq sağalıb, hazırda 232 aktiv xəstə var. Bu günə qədər 10 081 nəfər vəfat edib.