Sevil Əliyeva "Şərəf" ordeni ilə təltif edildi - SƏRƏNCAM

MƏDƏNİYYƏT 12:21 / 11.10.2025 Baxış sayı: 4284

Sevil Heydər qızı Əliyeva "Şərəf" ordeni ilə təltif edilib.

Yenises.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

S.Əliyeva Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə mükafatlandırılıb.

Qeyd edək ki, oktyabrın 12-si Sevil Əliyevanın 70 yaşı tamam olur.