Səudiyyəli diplomat çıxış edərkən qəfil öldü - Video

DÜNYA 12:13 / 10.08.2022 Baxış sayı: 2848

Səudiyə Ərəbistanının diplomatı Məhəmməd Əl-Qəhtani Qahirədə çıxış zamanı dünyasını dəyişib.

Yenises.az xəbər verir ki, hadisə diplomatın evində keçirilən konfrans zamanı baş verib.

"Harada olursunuzsa olun, ölüm sizi tapacaq. Sağlam qəlblə Allaha qovuşmuş kəslərdən başqa heç kəs üçün heç bir məqam və dəyər yoxdur”, - diplomatın son sözləri belə olub.

Əl-Qəhtani tədbirdə çıxışı zamanı Misir, Səudiyyə Ərəbistanı və BƏƏ prezidentləri və kralları haqqında danışıb. O, Səudiyyə kralı Salman ibn Əbdüləziz Əl Səudu böyük insan adlandırıb:

"Onun hökmranlığı dövründə ölkə terrorizm və digər problemlərdən xəbər tutmayıb”.

Bildirilir ki, Qəhtani infarkt keçirib.