Saqif Qaratorpaq : - Yenə damır ürəyim

Ədəbiyyat 19:51 / 06.12.2022 Baxış sayı: 1646

Yenə damır ürəyim,

Isladır ağ varağı.

Azalır yavaş-yavaş

Ömrün-günün marağı.

 

Islanır pəncərəmiz

Payızın nəfəsindən.

Gecələrin yuxusu

Qaçır addım səsindən.

 

Üşüyür qaranquşun

Eyvanda boş yuvası.

Özümə qəsd edirəm

Hər gecə sözdən asıb...

 

Narın yağışlar yağır

Kövrək xatirələrdən.

Bürünüb həsrətinə

Yenə üşüyürəm mən.