Sabahın havası

MƏMLƏKƏT, Gündəm 15:07 / 26.09.2022 Baxış sayı: 1090

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Yenises.az Milli Hidrometeorlogiya Xidmətindən  verilən məlumata  istinadən bildirir ki,   havanın temperaturu gecə 15-19° isti, gündüz 22-26° isti, Bakıda gecə 15-17° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 25-30° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.