Rey   Kərimoğlu : - “Əkrəm Əylisli Zori Balayandır”

Maraqli, Gündəm 16:54 / 30.09.2022 Baxış sayı: 2201

​​​​

 

Ə.Əylislinin Milli Kitab Sərgisində imza saatının keçirilməsinə və orada səsləndirdiyi fikirlərə münasibət   bildirən  Qarabağ qazisi Rey Kərimoğlu qeyd edib ki, son yüz illikdə onun kimi Azərbaycan dövlətinə, xalqına, millətinə zərbə vuran ikinci bir adam olmayıb:

“Əkrəm Əylisli Zori Balayandır. O, çox riyakar və zərərli addım atıb, “Daş yuxular” əsərində tariximizi saxtalaşdırıb, xalqımıza şər atıb. Əkrəmin Azərbaycan dövlətinə, xalqına qarşı daxilində aqressiya var. Bunun haradan olduğunu bilmirəm, amma təəssüflər olsun ki, bu gün onun təbliğatı ilə məşğuldurlar. Bəlkə bu görüşü ermənilər sifariş verib? Bir onu bilirəm ki, bunun arxasında nə isə var. Yazıqlar olsun ki, bu məmləkətdə Əkrəm Əylisli kimi yaramaz adamlar da, onlar onu həmişə təbliğ edir, diriltməyə çalışır. Əkrəm Azərbaycan dövlətinin və millətinin düşmənidir. Onun dediyi də, yazdığı yalandır. Həmin əsər 10 ermənidə necə sevgi yarada bilər? Bu barədə Şahbaz Xuduoğlu ilə də danışdım. Dünən gedib təkbaşına o tədbiri poza bilərdim, buna gücüm də çatır. Baxmayaraq ki, yüzlərlə qazi o tədbirə qarşı idi. Amma biz dövlətimizi düşündük.

O dünən gözünün içinə kimi yalan danışdı. Məni də 44 günlük müharibənin ildönümü ərəfəsində təşkil olunan Milli Kitab Sərgisinə dəvət etmişdilər. İlk gün gedib çıxış etdim, insanları kitab almağa səslədim, amma sonrakı gün bildim ki, Əkrəm Əylislini də çağırıblar. Milli Kitab Sərgisinə antimilli bir adamı çağırıb onunla görüş keçirmək ayıbdır. Əkrəmə də, onunla görüşü təşkil edənlərə də ayıb olsun. Biz qazilər belə həssas məqamda, şəhidlərimizə yas tutduğumuz zamanda onunla görüşün keçirilməsinə etiraz edirik. Belə bir məqamda bir “erməni” gətirib onunla görüş və imza günü keçirirlər. Ayıb olsun onlara...”.