Rafail Tagızadə - Gecə də mənimtək darıxır...

Ədəbiyyat 08:47 / 13.10.2025 Baxış sayı: 1943

 

Darıxan gecə

Bu darıxan gecədə

nə dənizin dalğası,

nə də ki bir kölgə var

üzümə toxunası.

Bu gecə qonaq ay yox

mənimlə söhbətləşə,

bu lal-dinməz gecədə

dərdlərimiz dərdləşə.

Bu darıxan gecəni

qaranlığın qoynunda

səhərə daşıyıram

əllərimin içində.

Rəfail Tağızadə