Putinin imzaladığı səfərbərlik fərmanında gizlədilən bənd

DÜNYA 14:18 / 21.09.2022 Baxış sayı: 349

Qismən səfərbərlik haqqında fərmanın yeddinci bəndinin məzmunu açıqlana bilməz. 

 Bu    sözləri    verilmiş  sualları  cavablandıran  Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, yeddinci bəndin məzmunu məxfidir və yalnız rəsmi istifadə üçün nəzərdə tutulub. Eyni zamanda qeyd edilib ki, bəndin məzmunu səfərbər ediləcək vətəndaşların sayı ilə bağlıdır.

"Mən sizə ancaq bunu deyə bilərəm ki, orada söhbət 300 minə qədər adamın sayından gedir", - deyə Kremlin sözçüsü bildirib.

Qeyd edək ki, prezidentin saytında dərc olunan sərəncamda doqquz bənd var və onun yeddinci bəndi göstərilmir.