On dörd gündən sonra nəşi tapılan şəhid

MƏMLƏKƏT 09:53 / 28.09.2022 Baxış sayı: 3135

Sentyabrın 12-13-də Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alan zaman şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Elvin Elçin oğlu Abdullayevin nəşi 14 gündən sonra neytral zonadan çıxarılaraq doğulduğu Neftçala rayonuna gətirilib və şəhər qəbiristanlığında dəfn olunub.

“Report”un Aran bürosunun məlumatına görə, dəfn mərasimində şəhidin doğmaları, hərbçilər, ictimaiyyət nümayəndələri və rayon icra hakimiyyətinin rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, 2003-cü il təvəllüdlü Abdullayev Elvin Elçin oğlu Bankə qəsəbəsində doğulub. Hərbi xidməti başa vurmasına bir aydan da az vaxt qalıbmış.

Ailədə bir bacı, bir qardaş olub.

 

  •  

PAYLAŞ:

 

Блинкен: США усиленно работают над помощью Европе в сфере энергетики

Блинкен: США усил