Məktəb faciəsi ilə bağlı matəm elan olundu - RUSİYADA

DÜNYA, Gündəm 15:15 / 26.09.2022 Baxış sayı: 1578

Rusiyanın Udmurtiya Respublikasında məktəbdə baş vermiş faciə ilə əlaqədar 3 günlük matəm elan olunub.

Yenises.az  rus  mətbuatına  istinadən xəbər verir ki, bu gün səhər İjevsk şəhərindəki 88 saylı məktəbdə naməlum şəxsin odlu silahdan atəş açması nəticəsində həlak olanların sayı 13 nəfərə yüksəlib. Hadisə nəticəsində 21 nəfər, o cümlədən 14 uşaq yaralanıb.

Atəş açan şəxs özünü güllə ilə vuraraq intihar edib. Onun kimliyi hələlik məlum deyil.