Maşınist    metro  qatarını  idarə edərkən öldü

MƏMLƏKƏT 09:24 / 23.01.2023 Baxış sayı: 5095

Bakı metrosunda maşinist qatar idarə edərkən vəfat edib.

Yenises.az -a Metropolitendən   verilən  xəbər  görə “Bakı Metropoliteni” QSC-də motovoz maşinisti işləyən 1958-ci il təvəllüdlü Kərimli Aydın Yusif oğlu “Avtovağzal metrostansiyası”nda təsərrüfat qatarını idarə edən zaman qəfildən halı pisləşərək ölüb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, gecə dərhal təcili tibbi yardım çağırılıb. Hadisə ilə bağlı aidiyyəti strukturlara məlumat verilib.