Mahmud Nəbiyev vəfat edib.

Yenises.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev vəfat edib.
M.Nəbiyev ötən gecə dünyasını dəyişib.
Qeyd edək ki, o, 2000 - 2011-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin sədri, 2011-ci ildən isə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri vəzifələrində çalışıb.