Kəramət : - UŞAQ OLMA

Ədəbiyyat 13:01 / 25.01.2023 Baxış sayı: 1367

UŞAQ OLMA,-

deyərdim özümə

altımışımda belə

söz üzündə,göy üzündə

göyqurşağı gəzirəm.

Düzünü deyim ki,öz-özümdən bezirəm

amma yenə birini gəzirəm

yalanının dalınca

payi-piyada, ayağı yalın

başı açıq, havalı qaçım.

Uşaqlar, çöl quşları, balıqlar

Yanıltmadı heç vədə.

sənə baxma,DÜNYAGİRİM,

sən hər şeyi bilənsən.

Bir şeyi bildim-

məndən ev quşu olmaz

Məndən süni balıq,heç olmaz.

Amma,amma,amma

balaca uşaq qəbri qazın

gərəyim olar.