Kəramət : - ƏLİSƏMİD KÜR HAQQINDA BALLADA

YAZARLAR 13:36 / 22.11.2022 Baxış sayı: 1309

 

...mən onu çox istəyirəm, hər zadına rəğmən, o "zad"ları üzünə həmişə demişəm, düşünmüşəm ki, dostluq- münasibət belə olmalı. mənim arxa düşüncəm yox. Əlisəmid Kür həyat-ədəbiyyat ziqzaqlarıyla dolu biridi.

Həm də çox paxıldı..

hə, qarlı bir gündü ..Rövşən Əhədoğlu, Səlim Babullaoğlu da (hər ikisini tələbə olmalarına rəğmən atalarının xahişiylə işə götürmüşəm) qəzetə can verirlər, indi hansı hardadı..özlərinin seçimi

Demişəm ki, qəzetdə şeir-zad olmayacaq..o günlərin birində (demək olarr ki, hər gün gəlirdi) Əlisəmid saqqallı şəkildə gəldi və bir şeir oxudu

MƏN SƏNDƏN KASIBAM, AY ANAM-BACIM

ÖZÜM CAN VERİRƏM QOLLARIM ÜSTDƏ

durub tüklü üzündən kövrələ=kövrələ öpdüm və çap elədim..

sonra Ramiz Rövşən Dilənçiyə uyğun bir şeir yazdı və hər yerdə onu təbliğ elədilər.

Əlisəmidin şeirindən doğulmuşdu Ramizin şeiri və Əlisəmidin şeiri Ramizinkindən çox həyatidi.

Qoy bunu da deyim ki, "Kentavr" şeirini də Çingiz Əlioğlundan götürüb Əlisəmid

Hər zadıyla həyatdı Əlisəmid Kür

_